Satış (Kanal Meneceri)
Booking, Expedia, Airbnb, Agoda, Hotelbeds və s. onlayn satış kanallarını tək paneldən idarə edin — inventar, qiymət və rezervasiyalar avtomatik sinxronlaşır.
Bütün satış kanallarınız bir yerdə
Kanal Meneceri modulu Booking.com, Expedia, Airbnb, Agoda, Hotelbeds və s. OTA platformalarını setapp panelinə birləşdirir və otelinizin bütün onlayn satışını mərkəzləşdirilmiş şəkildə idarə etməyə imkan verir.
Əsas imkanlar
- Real vaxt inventar sinxronizasiyası — otaq boş qaldıqda və ya satıldıqda bütün kanallarda dərhal yenilənir.
- Vahid qiymət idarəsi — otaq tipinə görə qiymətləri tək yerdən təyin edin, bütün OTA-lara push olunsun.
- Avtomatik rezervasiya çəkilməsi — OTA-dan gələn hər rezervasiya birbaşa PMS-ə düşür, əl ilə köçürməyə ehtiyac qalmır.
- Overbooking qorunması — inventar tükəndikdə kanallar avtomatik bağlanır.
- Kanal üzrə hesabatlar — hansı OTA nə qədər gətirdi, komissiya nə qədər — hər şey görünür.
- Restriction idarəsi — min stay, max stay, closed-to-arrival və s. məhdudiyyətlər tək paneldən.
Dəstəklənən kanallar
Booking.com, Expedia, Vrbo, Airbnb, Agoda, Hotelbeds, Trip.com, Google Hotel Search və s.
Kimə uyğundur?
Onlayn kanallarda aktiv satan, birdən çox OTA-da mövcudluğu olan və inventar/qiyməti əl ilə yeniləməkdən qurtulmaq istəyən otellər üçün.
Bütün iş proseslərini birləşdirin
Rezervasiya
Vizual təqvim əsaslı otel rezervasiya modulu — bütün bookinglər, qonaqlar, tur agentləri və ödənişlər tək ekranda.
Spa
Təqvim əsaslı spa idarəetmə modulu — terapevt cədvəli, xidmətlər və otel folio-suna birbaşa hesab yazılışı.
Kassa
Otellər üçün çoxkassirli kassa modulu — mədaxil, məxaric, təhvil-təslim, transfer və dövr bağlama tam audit izi ilə.
Canlı görmək istəyirsiniz?
Komandamızla 30 dəqiqəlik tanıtım təyin edin — Setapp-ın öz məlumatlarınızla işlədiyini görün.